Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyənin “C130” tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı keçirilən vida mərasimində iştirak edir.
“Denmedia.az” APA-ya istinadən xəbər verir ki, N.İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Mürted Hava Bazasında təşkil edilən vida mərasiminə qatılıb.

