Bu il payızın anomal, yəni nisbətən isti keçməsi qışın sərt ola biləcəyi ilə bağlı ehtimalları artırıb.
DenMedia.az Xəzər TV-yə istinadən xəbər verir ki, Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyevin sözlərinə görə qış şaxtalı və qarlı olacaq. Mütəxəssis bildirir ki, müşahidə olunan hava dəyişikliyi əvvəllər də nadir hallarda qeydə alınıb və bunun ardınca qış aylarında şaxtalı günlər yaşanıb.
Mütəxəssisin sözlərinə görə, qışın bir qədər sərt keçməsi mövcud problemləri daha da artıracaq. Uzunmüddətli hava proqnozlarının çox da dəqiq olmadığını deyən ekoloq yenə də ehtiyatlı davranmağı zəruri hesab edir.
Mütəxəssis onu da əlavə edib ki, qışın şaxtalı-qarlı keçməsi, müəyyən ziyanvericilərin yaşıllıqları məhv etməsinə də mane olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

