24 
yan
2024
09:25
255

Qarlı hava nə vaxta qədər davam edəcək? - PROQNOZ

24 yan, 2024
09:25
255

Qarlı hava nə vaxta qədər davam edəcək? - PROQNOZ

"Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Hazırda Bakı və Abşeron yarımadasında qar yağır. Axşama doğru tədricən kəsiləcək". 

Den.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

Onun sözlərinə görə, havanın temperaturu 1 dərəcə qeydə alınıb:

"Axşam saatlarında 0 dərəcəyə yaxın olacaq. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacağı, gecə və səhər saatlarında şəhərin nisbətən yüksək ərazilərində yolların buzlaşacağı ehtimal olunur. 

Bölgələrdə də yağıntılar davam edir. Bəzi yerlərdə qar yağır. Ayrı-ayrı yerlərdə isə yağıntılar intensiv xarakter daşıyır. Axşama doğru bölgələrdə də yağıntılar tədricən kəsiləcək. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal edilir. Yamvarın 25-də paytaxtda, eləcə də bölgələrdə hava şəraiti sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır".

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar