Baş Dövlət Yol Polisi (BDYP) İdarəsi avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırış edib.
Denmedia.az xəbər verir ki, bu barədə DYP məlumat yayıb:
"Baş Dövlət Yol Polisi İdarəsi qış ayları üçün xarakterik olan əlverişsiz hava şərtlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin sahiblərini qabaqlayıcı tədbirlər görməyə, avtomobillərini mövsümə uyğun şinlərlə təchiz etməyə, xarici işıq cihazları, şüşə silgəcləri və isitmə sistemlərinin sazlığını nəzarətdə saxlamağa çağırır".

