Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2–6 fevral tarixlərində ölkədə quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirəcək.
Agentliyin mətbuat xidmətindən bildirilib ki, monitorinqlər ovçuluq təsərrüfatlarının və milli parkların ərazilərində, o cümlədən su-bataqlıq sahələri, sahilyanı zonalar və digər ərazilərdə aparılacaq.
Xəstəliyin törədicisinin aşkarlanması məqsədilə vəhşi quşlar tutulacaq. Eyni zamanda, laborator müayinələr üçün sənaye quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək.

