Azərbaycanda əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin sosial siyasətində prioritet kateqoriyalar sırasında xüsusi diqqət mərkəzində qalır.
iqtisadiyyat.az saytının məlumatına görə, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Sabirabad rayonunda qeyd olunan kateqoriyalara yeni mənzillər təqdim olunacaq.
Proqrama əsasən, əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə 10 ədəd üçotaqlı mənzil veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi mənzillərin alınması üçün 694 400 manat vəsait ayıracaq.
Müvafiq satınalma üzrə Şahin Quliyevlə artıq müqavilə bağlanıb.

