Texniki nasazlıq səbəbindən “Azadlıq Prospekti” metro stansiyasında qatar dayandırılıb və sərnişinlər düşürülüb. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Qatar baxış üçün sərnişindaşımada istifadə olunmayan “Dərnəgül” stansiyasının birinci yoluna yönləndirilib.
“Nərimanov” elektrik deposundan dərhal ehtiyat qatar xəttə buraxılıb.
Hadisə ilə əlaqədar “Dərnəgül–Nərimanov” sahəsində qatarların hərəkət intervalı artırılıb.

