Sabah Sumqayıtın bir sıra ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Azəriqaz İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətin səbəbi təmir işlərinin aparılmasıdır.
Qeyd olunub ki, mayın 8-də saat 10:00-dan etibarən işlər başa çatanadək Kotec qəsəbəsi, 26-cı mikrorayon, Kimyaçılar qəsəbəsi, Xəzər bağ massivi və Sumqayıt bulvarı ərazisində qaz təchizatı dayandırılacaq.

