Azərbaycan Fövqəladə Hallar Nazirliyi ölkənin bir sıra bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib.
Nazirlikdən bildirilib ki, bəzi ərazilərdə yağış, güclü külək və dağ çaylarından sel keçməsi müşahidə olunur.
Xilasedicilər vətəndaşları təhlükəli ərazilərdən uzaq durmağa, ildırım zamanı ağacların altında gizlənməməyə, güclü külək vaxtı elektrik xətlərindən və müvəqqəti konstruksiyalardan kənar dayanmağa, həmçinin yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırıblar.
Kiçikhəcmli gəmi sahiblərinə isə dənizə çıxmamaq tövsiyə olunub.

