Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah — 12 avqust tarixində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakı və Abşeron yarımadasında hava qismən buludlu olacaq, arabir tutulacaq, lakin əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25°C, gündüz isə 31°C-yədək yüksələcək.
Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı istisna edilmir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26°C, gündüz 33-38°C, dağlarda isə gecə 13-18°C, gündüz 20-25°C isti olacaq.

