Yaxın iki gün ərzində G1 səviyyəli zəif geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, müxtəlif Günəş küləyi axınları üst-üstə düşərsə, geomaqnit aktivlik G2 səviyyəsinədək güclənə bilər.
Bildirilir ki, 11–12 avqust tarixlərində Günəş küləyinin sürəti normadan yüksək olacaq. Buna səbəb proqnozlaşdırılan tac kütlə atılmaları və Günəşin tac dəliklərindən gələn sürətli axınlardır.

