Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-şərq küləyi axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23–26°, gündüz isə 31–36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70–75%, gündüz 45–50% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə isə qısamüddətli leysan, şimşək və dolu olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimal olunur.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda temperatur gecə 22–26°, gündüz 32–36° isti, dağlarda isə gecə 13–18°, gündüz 20–25° isti olacaq.

