Avqustun 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağıntısız keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24°, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 45-50% olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağıntısız keçəcək. Lakin gündüz saatlarında dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti, dağlıq ərazilərdə isə gecə 12-17°, gündüz 20-25° isti olacaq.

