Ağdam rayonunun Qaraqacı qəbiristanlığında qəbir qazılarkən sursatlar aşkarlanıb.
ANAMA-nın məlumatına görə, qaynar xəttə daxil olan məlumatdan sonra əraziyə operativ qrup göndərilib. Baxış zamanı təxminən 1,5 metr dərinlikdə Birinci Qarabağ müharibəsi dövrünə aid sursatlar aşkarlanıb.
Aşkar edilən sursatlar ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilib.

