Azərbaycanın xaricdə tanıdılması və ölkəyə gələn xarici turistlərin sayının artırılması məqsədilə genişmiqyaslı media proqramının həyata keçirilməsi planlaşdırılır.
Bu məsələ “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Proqrama əsasən, Azərbaycanın turizm potensialının 5 beynəlxalq televiziya kanalı və 2 populyar onlayn platformada təbliğ edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, kino sənayesi və sosial şəbəkələr üçün hazırlanacaq məzmun vasitəsilə ölkənin turizm imkanlarının daha geniş auditoriyaya çatdırılması planlaşdırılır.
Hədəfə əsasən, bu materialların ümumi baxış sayının ildə 100 milyona çatdırılması nəzərdə tutulur.
Dövlət Turizm Agentliyi də 2026-cı ildə Azərbaycanın turizm imkanlarının müxtəlif xarici bazarlarda tanıdılması istiqamətində tədbirlər həyata keçirir.

