Yaxın günlərdə Azərbaycanda hava şəraitinin sabit və əsasən yağıntısız keçəcəyi gözlənilir.
Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, 22–25 avqust tarixlərində Bakıda və Abşeron yarımadasında maksimal temperatur 33–38 dərəcə təşkil edəcək.
Azərbaycanın bölgələrində havanın temperaturunun 35–38 dərəcə, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində isə 40–41 dərəcəyədək yüksələcəyi gözlənilir.

