Bakı–Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza magistralın Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili 1990-cı il təvəllüdlü Aynur Zabiyevanı vurub.
Qəza nəticəsində ağır xəsarətlər alan qadın təcili olaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

