ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin ölkəsinə təsir etmədiyini, lakin şəxsən onun üçün əhəmiyyət daşıdığını bildirib.
Tramp bu barədə Ağ Evin YouTube kanalında yayımlanan mətbuat konfransında danışıb.
ABŞ Prezidenti administrasiyasının münaqişənin nizamlanması istiqamətində səylər göstərdiyini vurğulayıb.
“Biz münaqişənin həllinə nail olmağa çalışırıq. Bu münaqişə ölkə olaraq bizə təsir etmir, amma şəxsən mənə toxunur”, – deyə Tramp bildirib.

