ABŞ-nin müdafiə naziri Pit Heqset ona qarşı mümkün impiçment prosedurundan narahat olmadığını bildirib.
Amerika mediasının məlumatına görə, jurnalistlərin vəzifəsindən uzaqlaşdırılması ehtimalı ilə bağlı sualını cavablandıran Heqset “Buna görə narahat deyilik” deyib.
Pentaqon rəhbəri noyabrın 10-da məsələ ilə bağlı xüsusi mətbuat konfransı keçirəcəyini də açıqlayıb. Konfransın Bakı vaxtı ilə saat 17:00-da başlaması nəzərdə tutulur.
Ötən həftə Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Messi Heqsetə qarşı impiçment təşəbbüsünü yenidən səsverməyə çıxarmaq niyyətində olduğunu bildirib.
“The Wall Street Journal”ın məlumatına görə, Konqresin Nümayəndələr Palatasında bu həftə impiçmentlə bağlı səsvermə keçirilə bilər.

