ABŞ hakimiyyəti Texas ştatında həftədə yüz milyonlarla steril milçək yetişdirəcək müəssisənin tikintisinə 690 milyon dollardan çox vəsait ayırıb.
Fabrik gələcəkdə həftədə 300 milyonadək milçək yetişdirmək gücünə malik olacaq.
Layihənin məqsədi sürfələri heyvanların yaralarına daxil olaraq canlı toxumalarla qidalanan təhlükəli parazit milçək növünün yayılmasının qarşısını almaqdır. Bu parazit əsasən ev heyvanları və mal-qara üçün təhlükə yaratsa da, insanlara da yoluxa bilir.
Zərərverici ilə mübarizə üçün xüsusi üsuldan istifadə olunacaq. Əvvəlcə milçəklər yetişdiriləcək, daha sonra şüalandırılaraq çoxalma qabiliyyətindən məhrum ediləcəklər.
Steril milçəklər təbiətə buraxılacaq və bununla zərərvericilərin çoxalmasının qarşısı alınacaq.
İstehsal gücünün mərhələlərlə artırılması nəzərdə tutulur. Planlara əsasən, 2027-ci ilin sonunadək müəssisədə həftədə 100 milyon steril milçək yetişdiriləcək.

