İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa hər gün zəng edərək İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasını istəyir.
“Financial Times” qəzeti məlumatlı mənbəyə istinadən xəbər verir ki, Netanyahu Trampı İranla müharibəni bərpa etməyə razı salmağa çalışır.
“Netanyahu müharibənin yenidən başlanmasını tələb etmək üçün ona hər gün zəng edir. Ağ Evdə və ondan kənarda müharibə istəməyənlər isə bunun qarşısını almağa çalışırlar”, – deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, region ölkələrinin liderləri Trampı vəziyyəti daha da gərginləşdirməməyə çağırırlar.
Ərəb və müsəlman ölkələrinin liderləri Netanyahunun hərbi əməliyyatları bərpa etmək üçün davamlı çağırışlarından narahatdırlar.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də Oman vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə məsələsi üzrə aparılan üçtərəfli danışıqlar nəticəsiz qaldıqdan sonra İrana qarşı birgə hərbi əməliyyata başlayıblar.

