Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev vəfat edib.
Denmedia.az xəbər verir ki, uzun illər Azərbaycan mədəniyyətinə xidmət göstərən sənətkar bu gün 70 yaşında dünyasını dəyişib.
Məlumata görə, aktyor bir müddət əvvəl Moskvada əməliyyat olunub.
Qeyd edək ki, uzun illər Azərbaycan Dövlət Kukla Teatrında çalışan Aslan Fətullayev bu ilin may ayında Prezident mükafatına layiq görülüb.

