Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bolqarıstanın Varna şəhərinə səfəri etiraz aksiyası ilə müşayiət olunub. Nümayişçilər onun avtomobil karvanına yumurta, meyvə və tərəvəz atıblar.
Bolqarıstan Milli Televiziyasının məlumatına görə, aksiya Nikola Vaptsarov adına Ali Hərbi Dəniz Məktəbinin yaxınlığında keçirilib.
“Dirçəliş” partiyasının tərəfdarlarının təşkil etdiyi etiraz aksiyasına onlarla insan qatılıb. Onlar “Varna müharibə yox, sülh istəyir!” şüarı ilə çıxış edərək Bolqarıstanın hərbi münaqişəyə cəlb olunmasına qarşı olduqlarını bildiriblər.
Etirazçılar həmçinin Avropa Komissiyasının rəhbərindən ölkəni tərk etməyi tələb ediblər.
Aksiya zamanı fon der Lyayenin korteji ərazidən keçərkən nümayişçilər avtomobillərə yumurta, meyvə və tərəvəz atıblar.
Qeyd edək ki, Ursula fon der Lyayen Varna səfəri çərçivəsində Bolqarıstanın Baş naziri Rumen Radevlə görüşüb. Tərəflər Qara dəniz regionunda təhlükəsizlik məsələlərini müzakirə ediblər.

