Ağ Evin keçmiş mətbuat katibi Keti Zakariya vəzifəyə təyin olunduqdan cəmi beş gün sonra işdən çıxarılmasına baxmayaraq, yenidən həmin posta qayıtmağa çalışmaqda ittiham olunur.
“New York Post” ABŞ Prezidenti Donald Trampın ətrafındakı mənbələrə istinadən xəbər verir ki, Zakariyanın prezidentin və Ağ Evin yeni aparat rəhbəri Stiven Millerin etimadını yenidən qazanmağa çalışdığı iddia edilir.
Məlumata görə, keçmiş sözçü Konqresə aralıq seçkilərin işıqlandırılmasında iştirak etmək üçün mühafizəkar “Right Side Broadcasting Network” (RSBN) kanalının efirinə çıxıb. Mənbələr bununla Trampın diqqətini yenidən cəlb etmək istədiyini ehtimal edirlər.
Zakariya ötən həftəsonu prezidentin Floridadakı Mar-a-Laqo iqamətgahında da görülüb.
Xatırladaq ki, o, oktyabrın 16-da, vəzifəyə başlamasından cəmi beş gün sonra işdən ayrılıb. Bununla da Ağ Evin mətbuat katibi vəzifəsində ən qısa müddət çalışmış şəxs olub.
Həmin tarixdən bəri Ağ Evin mətbuat katibi vəzifəsi boş qalır.
Bununla belə, Zakariya vəzifəyə qayıtmağa çalışdığı barədə yayılan iddiaları təkzib edib.

