Xəbər verdiyimiz kimi, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva gözlənilmədən komaya düşüb. O, Mərkəzi Klinikada süni tənəffüs aparatına qoşulub.
“Den.az” xəbər verir ki, deputatın əmisi, professor Qəzənfər Paşayev "Manset.az"a millət vəkilin vəziyyəti ilə bağlı açıqlama verib:
"Biz bilmirik Qənirənin səhhətində niyə problem yaranıb. Heç həkimlər də baş açmırlar. Dünən gecə birdən-birə halı pisləşib, Mərkəzi Klinikadadır.
Xaricdən həkimlər də gəlib. Allaha dua edirik!", - deyə Q.Paşayev bildirib.
***
Həmçinin, deputat Vüqar İskəndərov da Qənirə Paşayevanın səhhəti ilə bağlı açıqlama verib.
O, sosial şəbəkə hesabında “Həkimlərin dediyinə görə təzyiqində normallaşma prosesi var. 48 saatlıq etapı keçsə daha da yaxşı olacaq. Amma belə vəziyyəti ağır olaraq qalır”, - deyə bildirib.
“Heç həkimlər də baş açmırlar” - Qənirə Paşayevanın əmisi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.