İranın Məqsədliliyi Müəyyənetmə Şurasının üzvü Seyid Məhəmməd Sədr sensasiyalı iddia ilə çıxış edib.
“Rusiya İsrailə hava hücumundan müdafiə sistemlərinin İranda yerləşməsi barədə məlumat verib”, – deyə Sədr bildirib. Onun sözlərinə görə, Tehran Moskva ilə münasibətləri qorumağa çalışsa da, Rusiyaya tam etibar etmək doğru olmaz.
Xatırladaq ki, iyunun 13-də İsrail İrana qarşı “Aslan qalxır” əməliyyatına start verib. Hücum çərçivəsində nüvə obyektləri, hərbi bazalar və silah inkişaf mərkəzləri hədəf alınıb. İddialara görə, əməliyyata 200-dən çox döyüş təyyarəsi cəlb olunub.(Globalinfo.az)