Ukrayna ordusu bir gecədə 747 İran istehsalı “Şahed” dronunu məhv edib.
DenMedia.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
“Ukrayna Müdafiə Qüvvələrinin məlumatına görə, bu gün səhər saatlarında Rusiya ordusu Ukrayna ərazisinə genişmiqyaslı hücum həyata keçirib. Zərbələr əsasən İran istehsalı “Shahed” tipli PUA-lar və raketlər vasitəsilə endirilib. Ümumilikdə 823 hava hədəfi aşkar edilib, onlardan 751-i Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və ya zərərsizləşdirilib”.
Məhv edilən hədəflərin siyahısı da açıqlanıb:
“Bunlar 747 ədəd “Shahed” PUA və simulyator dronları, 4 “İsgəndər-K” qanadlı raketidir”.