Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Azərbaycan iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanıb və dünya arenasında layiqli hörmət əldə edib.
Biz Bakı ilə dostluq və müttəfiqlik münasibətlərimizə böyük əhəmiyyət veririk. Əminəm ki, birgə səylərlə müxtəlif sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, eləcə də regional və beynəlxalq məsələlər üzrə tərəfdaşlıq əlaqələrinin daha da inkişafını təmin edə biləcəyik.
Şübhəsiz ki, bu, Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə isə sülh və firavanlıq arzulayıram”, — təbrikdə qeyd olunub.

