Çində həkimlər ürəyi 40 saatdan çox fəaliyyət göstərməyən xəstəni xilas ediblər. Bu barədə Sohu nəşri məlumat yayıb və belə halların tibbi praktikada olduqca nadir olduğunu vurğulayıb.
Məlumata görə, xəstə nəfəs darlığı və döş qəfəsində sıxılma şikayətləri ilə xəstəxanaya müraciət edib. Qısa müddət sonra onda ürək dayanması baş verib və həyati funksiyaların qorunması üçün ECMO sistemi tətbiq olunub.
İntensiv müalicə 40 saatdan artıq davam edib və bu müddətdən sonra xəstənin ürək ritmi tədricən bərpa olunmağa başlayıb. Vəziyyət stabilləşdikdən sonra cihaz dayandırılıb.
Xəstə daha sonra huşuna gəlib və ciddi fəsadlar olmadan xəstəxanadan evə buraxılıb.

