"Tehran yalnız Zəngəzur dəhlizinin açılmasından narahat deyilmiş, Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi də İrandakı dairələri çaşbaş salıb. Tehran Azərbaycanın ildırım sürətilə Qarabağın tamamını nəzarətə götürməsini gözləmirdi. Təsadüfi deyil ki, İran rəsmiləri Azərbaycanın 24 saat çəkən uğurlu anti-terror əməliyyatından dərhal sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağırdılar. Qriqoryan oktyabrın ilk günü Tehrana getdi. Ümumiyyətlə İran Armen Qriqoryanı az qala hər ay Tehrana çağırır".
Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, İranın ilk narahatlığı həmişəki kimi Zəngəzur dəhlizi ilə bağlıdır: "Tehran hesab edir ki, Azərbaycan uğurlu anti-terror əməliyyatından sonra diqqəti Zəngəzur dəhlizinin açılmasına yönəldəcək və Türkiyə bu məsələdə Bakıya dəstəyini artıracaq. Tehran qorxur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə Ankaranın təzyiqləri qarşısında tab gətirməyərək Zəngəzur dəhlizini açacaq. Ona görə də Tehran Qriqoryan vasitəsilə Paşinyana mesaj göndərir ki, “möhkəm ol, mövqeyindən çəkinmə!”. Tehranın digər narahatlığı İranda yaşayan azərbaycanlılarla bağlıdır. Azərbaycanın uğurlu anti-terror əməliyyatı ilə Qarabağın tamamını nəzarətə götürməsi İranda yaşayan azərbaycanlıların böyük qismində ruh yüksəkliyi yaradıb. Bunu Güney Azərbaycandan gələn məlumatlar da təsdiqləyir. Tehran bu ruh yüksəkliyindən narahatdır. Ancaq Tehran bunun qarşısını necə ala bilər ki? Tehranın yeganə alternativi Azərbaycanla münasibətləri normallaşdırması, o cümlədən Azərbaycana qarşı təxribatçı açıqlamalara son verməkdir. Ancaq Tehranda bunu bacarmırlar, “adətlərindən” əl çəkmirlər, “qırmızı cizgilər” siyahısına Qarabağ separatçılarını da daxil ediblər", - deyə politoloq fikirlərini tamamlayıb.
Günəş Fərəh,
Den.az
Tehrandan Paşinyana MESAJ: “Möhkəm ol və mövqeyindən çəkinmə”

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.