Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikasına təmənnasız olaraq maddi-texniki yardım göndərilib.
“Den.az” xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan humanitar yardım 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarətdir.
Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə yola salınan texnikalar yanğınlarla effektli mübarizə üçün bütün lazımi texniki parametrlərə malikdir.
Belə ki, böyük su tutumu və 6 nəfərdən ibarət şəxsi heyətin daşınması imkanına malik yanğınsöndürmə avtomobilləri xüsusilə mürəkkəb və çətin relyefli ərazilərdə yolsuzluq şəraitində yanğınlarla mübarizədə faydalı olmaqla yanaşı, həm də etibarlılığı, istifadə və texniki xidmət baxımından rahatlığı ilə fərqlənir.
Prezident tapşırdı - Qırğızıstana 10 “KamAZ” göndərildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.