Ötən ilin fevralında Fövqəladə Hallar Nazirliyinin əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Den.az” xəbər verir ki, FHN-in DYMX-nin Samux şöbəsinin xüsusi təyinatlı avtomobilini idarə edən 1997-ci il təvəllüdlü sürücü S.Səlimov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, hadisə baş verən gün yanğınsöndürmə xidmətinə Samux rayonunun Sərkar kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal 2 yanğınsöndürmə maşını hadisə yerinə yollanıb. Yolda olarkən “Kamaz” markalı yanğınsöndürmə avtomobilinin qapısı texniki nasazlıq səbəbindən açılıb və qapının kənarında oturmuş xidmətin baş yanğınsöndürəni 1991-ci il təvəllüdlü Tural Məmmədov hərəkətdə olan maşından asfalt yola yıxılıb. O, ağır xəsarətlərlə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib və bir neçə gün sonra vəfat edib.
Bundan sonra Yanğınsöndürmə Xidmətinin sürücüsünə cinayət işi açılıb.
Samux Rayon Məhkəməsinin hökmü ilə sürücüyə 1 il sürücülük hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.
FHN-in maşınından yıxılıb ölən işçi ilə bağlı hökm oxundu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.