Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı naziri Məcnun Məmmədovun iki yeni müavininin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
DenMedia.az report-az istinadən xəbər verir ki, sərəncama əsasən, Seymur Səfərli və Zaur Əliyev kənd təsərrüfatı nazirinin müavinləri vəzifəsinə təyin ediliblər.
Seymur Səfərli daha əvvəl dövlət qurumlarında və aqrar şirkətlərdə, o cümlədən “Azərşəkər” MMC-də rəhbər vəzifələrdə çalışıb. O, son təyinatınadək Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik üzrə təşkilat və monitorinq şöbəsinin müdiri olub.
Zaur Əliyev isə aqroparklar və özəl sektorda fəaliyyət göstərib, kənd təsərrüfatı layihələrinin icrası və koordinasiyası ilə məşğul olub, “Yalama Aqropark” MMC-yə rəhbərlik edib.

