İtaliyanın Baş naziri Corcia Meloni İsraillə müdafiə sazişinin dayandırıldığını açıqlayıb.
O bildirib ki, mövcud vəziyyət nəzərə alınaraq, İsrail tərəfi ilə bağlanmış sazişin avtomatik uzadılması dayandırılıb. Corcia Meloni bu açıqlamanı Verona şəhərinə səfəri zamanı jurnalistlərə verib.
Qeyd olunur ki, bu memorandum müdafiə sahəsində əməkdaşlıq çərçivəsini müəyyən edirdi. Sənəd hərbi məhsulların mübadiləsi və silahlı qüvvələr üçün texnoloji tədqiqatların aparılmasını əhatə edirdi.
Saziş əvvəlcədən hər beş ildən bir avtomatik uzadılmaq üçün nəzərdə tutulmuşdu və 13 aprel 2016-cı ildə qüvvəyə minib.

