Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyevi III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edib.
Müvafiq qərar Hikmət Hacıyevin dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi mühüm şəxsi töhfəyə, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünə dəstəyinə görə qəbul edilib.
Təltifin verilməsində, həmçinin Ukrayna xalqının tarixi yaddaşının qorunmasına, xeyriyyəçilik fəaliyyətinə və Ukraynanın dünyada tanıdılmasına töhfələri nəzərə alınıb.

