Şou-biznesin xanım nümayəndələri haqqında tez-tez “ailəmi dağıdıb”, “yoldaşımı əlimdən” alıb kimi ifadələr işlədilir.
"Den.az" xəbər verir ki, ATV telekanalında yayımlanan “Birə-Bir” verilişinin qonağı olan müğənni Türkan Vəlizadə bu məsələyə aydınlıq gətirib. İllərlə duet ortağı olduğu Pərviz Bülbülə haqda danışan ifaçı gəzən söz-söhbətlərin şaiə olduğunu deyib
“Bir var ki, ailəli insanın ailəsini dağıdasan. Biri də var ki, subay insanlar duet ortağıdır, burada pis nəsə yoxdur. Amma ailəli insanı sevməyin onsuz da axırı yoxdur. Sonu daha pis bir şeydir. Mən 4 ildir bu söhbətləri eşidirəm ki, “Türkan Pərvizin ailəsini dağıdıb”. Əvvəl bu söhbətlərə çox fikir verirdim və elə depressiyaya düşürdüm ki, çıxa bilmirdim. Sonra gördüm ki, o qədər bekar insanlar var ki… Boş verdim. Ən azından həmin insanın ailəsi, ətrafımız bilir ki, belə şey yoxdur. Çünki biz 4 ildir duet ortağıyıq, hər ikimiz öz evimizə çörək aparırıq. Mən onun ailəsinə çox böyük hörmətlə yanaşıram. Allah iki balasını saxlasın. Mən subay xanımam, o isə evlidir, bu danışılanların hamısı şaiyədir. Belə şeylərə reaksiya vermək lazım deyil. Bunu özüm, ailəm, Allahım bilir. Ailəli insanın ailəsinə müdaxilə etməyin özü günahdır”.
Türkan Pərvizin ailəsini dağıdıb?
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.