Gürcüstanda 35 yaşlı azərbaycanlı öldürülüb.
Hadisə Qardabani bələdiyyəsinin Nazarli kəndində baş verib.
Məlumata görə, 35 yaşlı Araz Yusubov həmkəndlisi Ramin Mamedov tərəfindən bıçaqlanıb.
İlkin məlumata əsasən, tərəflər arasında əvvəlcə mübahisə yaranıb. Daha sonra Araz Yusubov bıçaq xəsarətləri alıb. O, hadisə yerindən uzaqlaşsa da, qan itirməsi nəticəsində həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Şübhəli şəxs polisə təslim olmayıb, avtomobilin üzərinə çıxaraq ona yaxınlaşılacağı təqdirdə intihar edəcəyini bildirib.
Qısa danışıqlardan sonra o, saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və faktla bağlı istintaq aparılır.


