5 Oktyabr dünyada müəllim əməyinə hörmət və ehtiramın ifadə olunduğu xüsusi günlərdən biridir. Müəllim yalnız bilik verən şəxs deyil, həm də uşaqların və gənclərin dünyagörüşünün, düşüncə tərzinin və gələcək yolunun formalaşmasında mühüm rol oynayan insandır.
Hər bir insanın həyatında iz qoyan, ona ilk uğurlarını qazandıran, səhvlərindən nəticə çıxarmağı öyrədən və inkişafına dəstək olan müəllimlər var. Onların əməyi yalnız sinif otağı ilə məhdudlaşmır. Müəllimlər gələcək nəsillərin yetişməsinə, cəmiyyətin intellektual və mənəvi inkişafına böyük töhfə verirlər.
Denmedia.az bu əlamətdar gündə bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, səbir, uğurlar və şagirdlərinin nailiyyətləri ilə daim qürur duymağı arzulayırıq.
Bayramınız mübarək, əziz müəllimlər!

