Müğənni Türkan Vəlizadə əsəbdən ağzının əyildiyini bildirib.
O, canlı yayımda bir dəfə eyni hadisə ilə üzləşdiyini də etiraf edib.
Den.az xəbər verir ki, "Rəngarəng” verilişinin qonağı olan ifaçı əsəbdən bu hala düşdüyünü deyib:
“Hazırda monitordan baxıram, ağzımın əyildiyini hiss edirəm. Çox vaxt uşaqlar məni qorxutmamaq üçün demirlər, amma hiss edirəm. Bir dəfə də əsəbdən üzümdəki sinirlər məhvə doğru gedirdi. Müalicə aldım, düzəldim, amma mənə elə gəlir ki, yenə elə oluram”.
T.Vəlizadə borclarına görə lüks avtomobilini satışa çıxardığını açıqlayıb:
“Hazırda avtomobilimi satışa çıxarmışam, yayılan xəbərlər doğrudur. Çünki müəyyən borclarım var və onları ödəməliyəm. Kiməsə möhtac olmaqdansa, öz əmlakımı satmaq daha yaxşıdır.
Maşının neçəyə satışa çıxarıldığını bilmirəm, o işləri atam bilir. Amma qiyməti 100 min manatdan aşağıdır”.
Türkan Vəlizadə avtomobilini satır: “Borcum var... Əsəbdən ağzım əyilib” - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.