11 
iyn
2024
19:53
768


Nia Azərbaycanı tərk etdi: "Bakıya çox fərqli xəyallar ilə gəlmişdim"

11 iyn, 2024
19:53
768

Nia Azərbaycanı tərk etdi: "Bakıya çox fərqli xəyallar ilə gəlmişdim"

"Mən Bakıya gələndə çox fərqli xəyallar ilə gəlmişdim. Belə çətin sınaqlardan keçəcəyim ağlımın ucundan keçməzdi".
 
Den.az xəbər verir ki, bu sözləri sosial media fenomeni Nia Kurbanova deyib.
 
O, Azərbaycandan köçdüyünü deyib:
 
"Həyat mənə nə olursa olsun, böyük danışmamağı öyrətdi. Ona görə də xoşbəxt olsam da içimdə qorxular yaranır. Mən o böyük xəyallar ilə gəldiyim Bakıdan gedirəm. Hər şeyin daha gözəl olacağına ümid edərək, yeni bir həyat qurmağa gedirəm. Sevdiyim insan yanımda olduğu müddətdə mən xoşbəxt olacam ve onu da xoşbəxt etmək üçün əlimdən gələni edəcəyəm. Bir insanı qınamadan özünüzü onun yerinə goymağa çalışın. Allaha əmanət ol, gözəl şəhər".
 
Qeyd edək ki, Nia bir müddət öncə türk vətəndaşı olan sosial media fenomeni Furkan Agluç ilə nişanlanıb. Daha sonra cütlüyün dini nikah görüntüləri ortaya çıxmışdı. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar