23 
noy
2023
13:15
131

Dilan Polatla dalaşan sosial media fenomeni TUTULDU

23 noy, 2023
13:15
131

Dilan Polatla dalaşan sosial media fenomeni TUTULDU

Türkiyədə daha bir sosial media fenomeni saxlanılıb.

Den.az yerli mediaya istinadla bildirir ki, sosial şəbəkələrdə məşhur olan Banu Parlakın silahla paylaşımından sonra araşdırmalar başlanıb. Büyükçekmece prokurorluğunda aparılan araşdırmalar çərçivəsində o, saxlanılıb.

B. Parlakın Beylikdüzü Marmara məhəlləsindəki evində axtarışlar zamanı 1 ədəd “Glock Gen 5” markalı sənədsiz silah və həmin silaha məxsus 9 ədəd 9x19 mm mərmilər aşkarlanaraq götürülüb.

Banu Parlak prokurorluqdakı ifadəsindən sonra məhkəməyə göndərilib.

B. Parlak sosial mediada etdiyi paylaşımda odlu silaha marağı olduğunu deyib. Həmçinin o, özünə məxsus olan tapançanın sənədli olmasını bildirib.

Qeyd edək ki, Banu Parlak bir müddət əvvəl həbs edilən sosial media fenomeni Dilan Polatla tez-tez dava-dalaşları ilə gündəmə gəlib.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar