Tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəziyyəti stabildir.
Den.az bildirir ki, bu barədə Oxu.Az-a meyxana ustadının bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.
“Dünən saytlarda dayımın vəziyyətinin pisləşməsi ilə bağlı məlumatlar gedib. Hər kəs narahat olub. Vəziyyəti əvvəlki kimidir. Necə varsa, elədir. Həkimlər bacardıqlarını edirlər. Düzdür, ağrıları olur. Yataqda olan adamdır. Ayağa qalxmaq istəyir. Bütün günü qışqırmır. Beyni ilə əlaqəlidir. Birdə görürsən ki, danışır, söz başa salmağa çalışır, adam tanıyır. Bəzən elə olur ki, heç kəsi görmək istəmir”.
Bacısı oğlu dayısının dərdinə çarə tapılmadığını qeyd edib:
“Müalicəsi davam etdirilir. Həkim əlindən gələni edir. Diaqnozu beyin insultudur. İnsult var düzəlir, bu düzəlmir. Dərdinə çarə tapılmır. Heydər Əliyev Fondu müalicəsini üzərinə götürdü. İsrailə qədər sənədlərini göndərdilər. Lakin həkimlər əməliyyata razı olmadılar. Dedilər ki, ocaq yuxarıda olsaydı, əməliyyat mümkün idi. Aşağıda olduğu üçün çətindir”.
R.Cənnətov sonda Ağakərim ilə bağlı yanlış xəbərlərin yayıldığını qeyd edib:
“Yalan məlumatlar gedir. Deyirlər ki, guya son nəfəsidir. Düzgün deyil. Məlumatı şişirtməyə ehtiyac yoxdur. Qisməti nədirsə, o da olacaq”.
Sənət yoldaşı Ağamirzə Məmmədov meyxana ustadı Ağakərimin ağrılar içərisində olduğunu qeyd edib:
“Ağakərim uzanıb qalıb. Danışa, gəzə bilmir. 10 dəfə salam verirsən, birində alır, ya almır. Ağrıları olur, toxunanda qışqırır. Uzun müddətdir belədir.
Allah hamıya kömək olsun. Kərim dostumuz da onların içərisində.
Həkimlər deyir ki, xəstəliyin çarəsi yoxdur. Belə qalsa, yaxşıdır. Neçə dəfə insult keçirib. Dövlətimiz hər zaman dəstək olub. Müalicələrin heç bir xeyri yoxdur. Heç bir irəliləyiş yoxdur. Belə qalsa, şükürdür”.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. Həmin gündən söz ustadının səhhətində ciddi problemlər yaranıb.
İllərdir yataq xəstəsi olan meyxanaçının bacısı oğlu: “Deyirlər ki, guya son nəfəsidir” - AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.