İnstagram bütün dünyada bot və qeyri-aktiv səhifələrin genişmiqyaslı silinməsinə başlayıb.
Bu barədə Yahoo Creators məlumat yayıb.
Məlumata görə, platforma cəmi bir neçə saat ərzində təxminən 50 milyon hesabı silib.
Nəticədə dünya ulduzları və məşhur bloqerlər milyonlarla izləyici itiriblər.
Ən böyük itki model Kayli Cennerdə qeydə alınıb. Onun izləyici sayı 15 milyon nəfər azalıb.
Daha sonra Kriştianu Ronaldo gəlir. Futbolçu 8 milyon izləyici itirib.
Cənubi Koreyanın məşhur qrupu BTS isə 7 milyon izləyicisini itirib.
Müğənni Ariana Qrande də eyni sayda — 7 milyon hesab itirib.
Onun həmkarı Selena Qomezin izləyici sayı isə 6 milyon azalıb.

