“Avroviziya-2026” beynəlxalq mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada davam edir.
Azərbaycanı müsabiqənin ikinci yarımfinal mərhələsində JIVA səhnə adı ilə çıxış edən Cəmilə Həşimova təmsil edib. Təmsilçimiz “Just Go” mahnısı ilə səhnəyə çıxaraq yarış proqramında ikinci nömrə altında çıxış edib.
Çıxışlardan sonra finala vəsiqə qazanan iştirakçıların müəyyənləşdirilməsi üçün tamaşaçı səsverməsi keçirilib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycanın təmsilçisi JIVA final mərhələsinə vəsiqə qazana bilməyib və “Avroviziya-2026”da mübarizəni dayandırıb.
İkinci yarımfinaldan Albaniya, Avstraliya, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Malta, Norveç, Rumıniya və Ukrayna finala yüksəlib.
Qeyd edək ki, “Avroviziya-2026”nın final mərhələsi mayın 16-da keçiriləcək.

