Aktrisa Aslı Bekiroğlu mioma əməliyyatı zamanı baş verən ağırlaşma səbəbindən beşinci dəfə əməliyyat olunduğunu açıqlayıb. Bekiroğlu daha əvvəl bildirmişdi ki, əməliyyat zamanı həkim səhvən onun bağırsağını kəsib və o, bununla bağlı hüquqi yollara müraciət edib.
Aktrisa ötən gün anası Süheyla Bekiroğlu ilə birlikdə Akmerkezdə görüntülənib. Çətin bir dövr keçirdiyini deyən Bekiroğlu belə danışıb:
İlk dəfədir evdən çıxdım, anamla birlikdə gəldik. Çox ağır bir proses idi. Anam “Sağal, qurban kəsək” dedi. Anam cənnətlikdir, canım anam… Hamı anasının qədrini bilsin. Az qala ölürdüm. Qana qarışsaydı, getmişdik. Çox danışa bilmirəm, məhkəmə prosesi davam edir.
Aktrisanın müalicəsi hazırda da davam edir.

