“Kurtlar Vadisi” serialında canlandırdığı Polat Alemdar obrazı ilə geniş şöhrət qazanan Necati Şaşmaz uzun müddətdən sonra yenidən ictimaiyyət qarşısına çıxıb.
Son illər mediadan uzaq həyat sürən aktyor açıq havada keçirilən tədbirlərdən birində görüntülənib. Sosial şəbəkələrdə yayılan kadrlarda onun ağ köynək, açıq rəngli şalvar və idman ayaqqabısı ilə tədbirə qatıldığı görünür.

Aktyor tədbir iştirakçıları ilə söhbət edib, onlarla səmimi şəkildə salamlaşıb və xatirə şəkilləri çəkdirib. Onun sakit davranışları ilə yanaşı, fiziki görünüşündəki dəyişiklik də sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Necati Şaşmaz 2003-cü ildə yayımlanmağa başlayan “Kurtlar Vadisi” serialındakı Polat Alemdar obrazı ilə məşhurlaşıb. Daha sonra o, “Kurtlar Vadisi Pusu” serialında, həmçinin “Kurtlar Vadisi Irak”, “Kurtlar Vadisi Filistin” və “Kurtlar Vadisi Vatan” filmlərində eyni obrazı canlandırıb.

Uzun illər ekranların ən çox danışılan simalarından biri olan aktyor son dövrlər heç bir layihədə yer almır və ictimaiyyət qarşısına nadir hallarda çıxır.

