Müğənni Alla Puqaçova yaxın altı ay ərzində Rusiyaya qayıtmağı planlaşdırmır.
RIA Novosti-nin vəziyyətlə tanış mənbəyə istinadən yaydığı məlumata görə, bu yay sənətçinin uzun fasilədən sonra Moskvada konsert verə biləcəyi ehtimal olunurdu. Lakin onun Rusiyaya səfəri baş tutmayıb.
Mənbə bildirib ki, ən azı qarşıdakı altı ay ərzində Puqaçovanın Rusiyaya gəlməsi gözlənilmir.

