Türkiyəli müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı Chloe Loughnanın hamilə olduğunu bildirməsi maqazin gündəmində geniş müzakirələrə səbəb olub.
“Haberler”in məlumatına görə, 2014-2019-cu illərdə Serdar Ortaçla evli olan Chloe Loughnan sosial şəbəkə hesabında böyüyən qarnı ilə fotolarını paylaşaraq ana olmağa hazırlaşdığını bildirib.

Keçmiş həyat yoldaşının hamiləlik xəbərindən sonra Serdar Ortaçdan buna münasibəti soruşulub. Müğənni Chloe üçün xoş arzularını ifadə edib:
“Heç nə hiss etmədim, amma Allah ata-anası ilə böyütsün. Gözəl bir şeydir. Qismət onaymış”.
Ortaçdan özünün nə vaxtsa övlad sahibi olmaq istəyib-istəmədiyi də soruşulub. Müğənni “Əlbəttə, istəmişəm” cavabını verib. Niyə ata olmadığı barədə suala isə “Bilmirəm, alınmadı” deyib.

Serdar Ortaç gənclik illərində ata olmağa hazır olmadığını da etiraf edib:
“Çox gənc və dəli-dolu idim. İstəmirdim. Yoxsa çox şansım olmuşdu”.
Müğənni əvvəlki illərdə də ata olmaq arzusundan danışaraq övlad sahibi olmaq istədiyini bildirmişdi.

