İlk dəfə ana olmağa hazırlaşan türkiyəli məşhur aktrisa Merve Dizdar hamiləliyinin son günlərində sosial şəbəkədə etdiyi yeni paylaşımla diqqət çəkib.
Denmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, təxminən doqquz aylıq hamilə olan aktrisa itləri ilə gəzintiyə çıxdığı anları izləyiciləri ilə bölüşüb.
Qara şalvar, ağ köynək və yaşıl üst geyimində görüntülənən Dizdar paylaşımına “Səkə-səkə” qeydini əlavə edib. Aktrisanın hamiləliyinin son mərhələsində çəkilən fotosu sosial şəbəkədə diqqət çəkib.

2024-cü ildə iş adamı Cihan Aygerlə ailə quran Merve Dizdar ilk övladını qucağına almağa hazırlaşır. O, oğlan övladı gözləyir.
Daha əvvəl verdiyi açıqlamada aktrisa körpəsinin dekabr ayında dünyaya gəlməsinin gözlənildiyini bildirib. O, həyat yoldaşı ilə birlikdə övladlarına hələ ad seçmədiklərini, ənənəvi adlar üzərində düşündüklərini də qeyd edib.

Hamiləlik dövründən vaxtaşırı fotolar paylaşan Dizdar noyabrın 16-da da müxtəlif aylarda çəkilmiş görüntülərini izləyicilərinə təqdim edib.
Dekabrda ana olmağa hazırlaşan aktrisa bu dəfə itləri ilə gündəlik gəzintisindən bir anı paylaşaraq yenidən gündəmə gəlib.

