sen
2023
01:53
278

Bu ilki tələbə qəbulunda Sumqayıtdan REKORD NƏTİCƏ-100 % -FOTO

2 sen, 2023
01:53
278

Bu ilki tələbə qəbulunda Sumqayıtdan REKORD NƏTİCƏ-100 % -FOTO

Bu il  tələbə qəbulunda Sumqayıtdan olan şagirdlər maksimum nəticə göstəriblər.

"Den.az"-a bu barədə Abşeron-Xızı Regional Təhsil idarəsindən məlumat veriblər.

Belə ki, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və Nizami Gəncəvi adına Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyin şagirdləri 100 % nəticə göstərərək tələbə adını qazanıblar.Belə ki, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanı 55 şagird bitirib.Onlardan 51-i Azərbaycanın,4-ü isə xarici ölkələrin universitetlərinə qəbul olub.Məzunlardan 10-u qızıl,2-i isə gümüş medalla məktəbi bitirib. Nizami Gəncəvi adına Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyi isə 54 şagird bitirib.Onlardan 42-i Azərbaycan,12-i isə xarici ölkələrin universitetlərində təhsillərini davam etdirəcəklər. İsmət Qayıbov adına Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin 3 sinfinin,Təfəkkür liseyinin isə 2 sinfinin şagirdləri qəbul imtahanında 100 % nəticə əldə ediblər.Ümumilikdə isə Abşeron-Xızı Regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə 172 şagird 600-dən,37 şagird isə 650-dən yuxarı bal toplayıb.


Tələbə adını qazanan bütün şagirdlərə uğurlar arzulayıram

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar